Xəbər verildiyi kimi ötən gün “Buta Airways” aviaşirkətinin İstanbul Bakı təyyarəsi texniki səbəbdən havaya qalxmayıb. "Buta Airways" aviaşirkəti gecikmiş reysin sərnişinlərini aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdirib və onları lazımi vasitələrlə təmin edib.
Maraqlıdır, uçuş öncəsi təyyarəyə texniki baxış olunubmu və problem aşkar edilibsə, uçuşa niyə icazə verilib?
Aidiyyəti qurum təyyarədə yaranan texniki səbəbin nədən qaynaqlandığını hələki açıqlamayıb.
Bu barədə Bizim.Media-ya açıqlama verən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Nərmin Xəlilova qeyd edib ki, yaranmış xoşagəlməz vəziyyətlə bağlı daxili araşdırma aparılır:
MÖVZU İLƏ BAĞLI:
İstanbul-Bakı aviareysi texniki səbəblərə görə gecikir
“Nəticələr haqqında məlumat təqdim olunacaq. Bildirim ki, uçuşların təhlükəsizliyi bizim üçün əsas və birinci dərəcəli vəzifədir. Uçuş heyətimiz tərəfindən həyata keçirilən tədbirlər və qərarlar hər zaman uçuş zamanı sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə şərtlənir. Belə ki, uçuşlarda gecikmələr və ya texniki səbəblərdən, yaxud ekstremal hava şəraiti ilə əlaqədar təyyarələrin uçuş hava limanlarına qayıtması mülki aviasiyada geniş tətbiq olunur”.
Nərmin Xəlilova onu da əlavə edib ki, sözügedən reysin sərnişinləri bu gün İstanbul vaxtı ilə saat saat 10:50-də Bakıya düşüblər.
Alçina Amilqızı, Bizim.Media