7 min abonentin qaz təchizatı bərpa olunub – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: 7 min abonentin qaz təchizatı bərpa olunub – RƏSMİ AÇIQLAMA 

114960

Dünən Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında yaranmış problem həll olunub.

Bizim.Media xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri dünən saat 21:00-da başa çatıb və təbii qazın verilməsində yaranmış problem həll olunub. 

Qeyd edək ki, yanvarın 15-də Biləsuvar şəhəri, M.İbrahimov küçəsində daşıyıcı qaz kəmərinin zədələnməsi nəticəsində ümumilikdə 7 min abonent olmaqla Biləsuvar şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi məcburi dayandırılmışdı.

Aləmdə Nəsib, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin