Ölkədə icazəsiz küçə ticarəti ilə məşğul olanlar cərimələnəcək

Hazırda oxunan: Ölkədə icazəsiz küçə ticarəti ilə məşğul olanlar cərimələnəcək

114922
 APA-nın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, bununla bağlı cəzalar tətbiq edilir. Yeni “Qanunsuz küçə ticarəti”x9d adlı maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq. Hazırda qüvvədə olan məcəlləyə əsasən bununla bağlı məsuliyyət yoxdur.
 
Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclis tərəfindən qəbul olunub və 2016-cı il mayın 1-dən qüvvəyə minəcək. 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin