Sürücülər niyə avtomobillərinin sığortasından imtina edir? - VİDEO

Hazırda oxunan: Sürücülər niyə avtomobillərinin sığortasından imtina edir? - VİDEO

114919

Bir müddətdir ki, bəzi sığorta şirkətlərinin kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina etmələri ilə bağlı xəbərlər yayılır. İddialara görə, belə hallara paytaxtla yanaşı, bölgələrdə də rast gəlinir.

Bizim.Media xəbər verir ki, icbari sığortası olmayan avtomobil sahibləri məcbur qalaraq yola çıxdıqda isə xüsusi texniki vasitələrlə onlar barəsində elektron protokol tərtib edir. Onlar inzibati qaydada 50 manat cərimə olunurlar.

Belə sürücülərdən biri də Cabbar Ağayevdir. Xəzər televiziyasına müraciət edən sürücü iddia edir ki, onun da avtomobilini sığorta etmirlər.

Ekspert Elməddin Muradlı isə deyir ki, mövcud qanunvericiyə görə, şirkətlərin hanısa marka və ya model avtomobilin icbari sığortasından imtina etmək səlahiyyətləri yoxdur. O, təklif edir ki, sığorta şirkətinə müraciət edən sürücülərə rəsmi qaydada imtina verilibsə, onlar məhkəməyə müraciət etsinlər.

Elməddin Muradlı hesab edir ki, sığorta şirkətlərinin bu davranışları avtomobil bazarına da mənfi təsir göstərə bilər.
Bəs avtomobilini icibari qaydada sığorta etdirə bilməyən sürücülərə cərimə yazılmaması üçün hansısa güzəşt edilə bilərmi?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi vəzifəsini icra edən Araz Əsgərli bildirdi ki, yazılan cərimələr tam qanunuidir.

Qeyd edək ki, icbari sığortanın olmamasına görə fiziki şəxslər 50, hüquqi şəxslər 100, vəzifəli şəxslər isə 300 manat inzibati qaydada cərimə edilirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin