Bərdə rayonunda bir ailənin yeddi üzvü dəm qazından boğulub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun məcburi köçkünlər üçün salınmış yeni qəsəbə adlanan ərazidə baş verib.
Belə ki qəsəbə sakinləri:
1983-cü il təvəllüdlü Səmədov Elməddin Telman oğlu
2016-cı il təvəllüdlü Səmədzadə Ceyran Elməddin qızı
2018-ci il təvəllüdlü Həsənli Ayla Anar qızı
2015-ci il təvəllüdlü Həsənov Famil Anar oğlu
1980-ci il təvəllüdlü Səmədova Leyla Telman qızı
2013-cü il təvəllüdlü Səmədzadə Ümid Elməddin oğlu
1949-cu il təvəllüdlü Səmədova Zabilə Murad qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə mərkəzi rayon xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində adları çəkilən şəxslərin həyatı təhlükəsi ötüşüb.
Onların səhhətinin normal olduğunu deyilir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu