Biləsuvarda 7 min abonent qazsız qaldı

Hazırda oxunan: Biləsuvarda 7 min abonent qazsız qaldı

114884

Biləsuvar rayonunda 7 min abonentinin qaz təchizatında fasilə yaranıb.

Bizim.Media-nın Cənub bürosuna bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Biləsuvar şəhəri M.İbrahimov küçəsində daşıyıcı qaz kəmərinin zədələnməsi nəticəsində ümimilikdə 7000 abonent olmaqla  Biləsuvar  şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb.

Təmir işlərinin bu gün axşam saat 20-21 radələrinə başa çatdırılması planlaşdırılır.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin