Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edildi

Hazırda oxunan: Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edildi

114861

Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edilib.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Keçirilən müvafiq tədbirləri nəticəsində rayonun Soyuqbulaq kənd sakini Elvin Hüseynovdan 1 ədəd 12 kalibrli qoşa lülə ov tüfəngi, 12 ədəd patron, Turşsu kənd sakini Azər Abbasovdan “İJ” markalı, 16 kalibrli ov tüfəngi, Çiçəkli kənd sakinləri Natif Quliyevdən “BUM” markalı ov tüfəngi və 49 ədəd patron, Mürsəl Tapdıqovdan 16 kalibrli, “İJ” markalı ov tüfəngi və Nağılar kənd sakini Ələkbər Əhmədovdan “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb.

Aşkar edilən müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin