20 Yanvar faciəsinin 33-cü ildönümünə sayılı günlər qalıb.
Bizim.Media xəbər verir ki, hüzn günü ilə bağlı yanvarın 16-dan etibarən Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görüləcək, ağacların budaqları budanacaq, yeni güllər əkiləcək, işıq dirəkləri, səkilər və bütün ərazi yuyulacaq. Həmçinin Xiyabanda güllərin saxlanılması üçün xüsusi çadırlar quraşdırılacaq.
Hər il Şəhidlər Xiyabanında faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunur.
Onu da bildirək ki, 20 Yanvara bir neçə gün qalsa da Şəhidlər Xiyabanına insan axını başlayıb.
Qeyd edək ki, hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
20 yanvar Hüzün Günü Nazirlər Kabinetinin qərarına əsasən qeyri-iş günüdür.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 14.01.2023
Şəhidlər Xiyabanı HÜZN gününə HAZIRLANIR
Hazırda oxunan: Şəhidlər Xiyabanı HÜZN gününə HAZIRLANIR
Hazırda oxunan: Şəhidlər Xiyabanı HÜZN gününə HAZIRLANIR
114763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.