Azərbaycanda ölümü düzgün qeydə almayanların 300 manat cərimələnməsi ilə bağlı dəyişiklik təsdiqlənib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiq edib.
İXM-yə edilən dəyişikliklə tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:34 / 14.01.2023
Ölüm qeydiyyatı qaydalarını pozanlar 300 manatadək cərimələnəcək
Hazırda oxunan: Ölüm qeydiyyatı qaydalarını pozanlar 300 manatadək cərimələnəcək
Hazırda oxunan: Ölüm qeydiyyatı qaydalarını pozanlar 300 manatadək cərimələnəcək
114719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.