Arvadı və iki qızı aldadılaraq Suriyaya aparılan şəxs və...

Hazırda oxunan: Arvadı və iki qızı aldadılaraq Suriyaya aparılan şəxs və...

114709
Bu günlərdə mətbuatda bir xəbər oxudum. Xəbərdə deyilir ki, keçmiş arvadı və qızları ölkədən naməlum şəraitdə qaçırılan İlqar Yusifovu Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski qəbul edib və general məsələ ilə bağlı geniş araşdırılma başladılması ilə bağlı tapşırıqlar verib. 

Lakin faktla bağlı bu günə kimi cinayət işi başlanılmayıb. Qeyd edək ki, Bakı sakini İlqar Yusifovun keçmiş arvadı Pərvanə, qızları Nəzrin və Lalə cinayətkar qrup tərəfindən bəlli olmayan sənədlərlə və bəlli olmayan qaydada ölkədən qanunsuz çıxarılmaqla Suriyaya aparılıb. 

İlqar Yusifov hazırlanmaqda olan cinayətin qarşısını almaq üçün əvvəlcədən səlahiyyətli güc nazirliklərinin hər birinə (Milli Təhlükəsizlik Nazirliyini, Daxili İşlər Nazirliyini və Dövlət Sərhəd Xidmətini) məlumatlandırsa da hadisənin qarşısı alınmayıb.
Yadınızdadırsa, Emin Şəkinskinin keçmiş arvadı Emin ona verdiyi işgəncələrə, onu ruhi-əsəb xəstəlikləri dispanserinə saldırmaqla uşaqlarını məcburi aldırmaq istədiyinə görə özünə bəlli formada uşaqlarını da götürüb ölkədən qaçdı. Hazırda uşaqlar istədikləri zaman ataları ilə görüşür, yaşayış yerləri bilinir və istədikləri zaman görüşürlər. Buna baxmayaraq Emin Şəkinski həmin faktla bağlı dərhal əsassız cinayət işi başlatdırdı, günahsız insanları həbs etdirdi, qanunsuz olaraq məhkəmə hökmlərinin çıxarılmasına nail oldu, ailələri dağıtdı.

Lakin daha təhlükəli niyyətlə - başqa ölkədə fəaliyyət göstərən silahlı birləşmələrə qoşulmaq üçün qanunsuz olaraq ölkədən birbaşa təhlükə mənbəyinə aparılan uşaqların ölkədən çıxarılması faktına görə İlqar Yusifovun çoxsaylı ərizələrini bu vaxta kimi nəzərə alan yoxdur.
Eyni hadisəyə fərqli münasibəti görürsünüzmü? Öz uşaqlarına və sıravi vətəndaşın uşaqlarına olan münasibətin fərqindəsinizmi?
Bu hakimiyyətdə olanların əksəriyyətinin, xüsusilə Şəkinski kimi qeyri - peşəkarların özbaşınalığının acılarını yaşayanlar hələ çox olacaq.

Əlövsət Əliyev, tanınmış hüquq müdafiəçisi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin