"Axmaqlar o kəslərdir ki..."

Hazırda oxunan: "Axmaqlar o kəslərdir ki..."

114676
Moderator.az xəbər verir ki, sabiq deputat, professor Şahlar Əsgərov maraqlı status paylaşıb. 

Həmin statusu oxuculara təqdim edirik:

"İnsan öz fəaliyyəti zamanı həm özünə, həm də ətrafına xeyir və zərər verə bilir. İnsanın belə fəaliyyətini italiyalı alim iqtisadiyyat üzrə tarixçi prof.Carlo M. Çipollo araşdırmış və "İnsan aptallığının təməl yasaları" adlı kitab yazmışdır. Bu kitabda C.Çipolla insanları dörd katiqoriyaya bölür: 1) saflar; 2) aydınlar; 3) haydutlar (quldurlar) və 4) aptallar .
C.Çipolla hesab edir ki, safların fəaliyyətindən özü yox, ətrafı qazanc götürür. Ziyalıların fəaliyyətindən həm özü, həm də ətrafı qazanc götürür. Haydutların fəaliyyətindən ancaq özləri qazanc götürür, ətraf qazanc götürmür. Axmaqlar isə o kəslərdir ki, onların fəaliyyətindən nə özləri, nə də ətrafı qazanc götürür, ancaq cəmiyyət itirir. Prof. Çipollo hesab edir ki, hər kəsi vəzifəyə təyin edəndə fikir verilməlidir ki, o hansı katiqoriyaya aiddir. Ona görə idarəetmədə ancaq aydınlardan ( bəzən onlara yaxın saflardan və quldurlardan da) istifadə etmək olar. Ancaq axmaqların hakimiyyətə gəlməsinin qarşısını almağı tövsiyə edir.
Kitabda siz Volterin “özünü ağıllı sanan hər kəs aptaldır”x9d- fikri də yer almışdır."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin