Daxili İşlər Orqanları tərəfindən qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
DİN 30-dan çox polisin işdən çıxarılması məlumatına münasibət bildirdi
Məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində İncə kənd sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan "TOZ-61” markalı tüfəng aşkar edilərək götürülüb.
Samux RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini B.Hüseynovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Laçın rayon sakini C.Quliyevdən müvafiq sənədləri olmayan "İJ-20” markalı tüfəng aşkar edilərək götürülüb.
Bizim.Media