10 il işləyənlərə dövlət qulluğuna qəbulla bağlı YENİ QƏRAR 

Hazırda oxunan: 10 il işləyənlərə dövlət qulluğuna qəbulla bağlı YENİ QƏRAR 

114608

İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında vəzifələrin siyahısı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, təqdim edilən siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il işləyən şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, həmçinin inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə biləcəklər.
Siyahıda rəhbər vəzifələr və müvafiq sahələr üzrə mütəxəssis vəzifələri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin