İcra hakimiyyətləri ləğv ediləcək və 14 regional mərkəz yaradılacaq – Yeni REALLIQ

Hazırda oxunan: İcra hakimiyyətləri ləğv ediləcək və 14 regional mərkəz yaradılacaq – Yeni REALLIQ

114570

Yaxın gələcəkdə ölkədə çox böyük struktur islahatları olacaq. İcra strukturundan başlayan bu islahatlar yəqin ki, digər sahələrə də sirayət edəcək.

Bu barədə ölkə başçısı İlham Əliyev də bir neçə dəfə cəmiyyətə mesajını verib. Etiraf etmək lazımdır ki, hazırkı icra hakimiyyəti institutu müasir çağırışlara cavab vermir. Ən əsası Ölkə başçısının tələbləri ilə bu institut ayaqlaşa bilmir.

Çox təəsüf ki, bu sistem hazırda bürokratik, dövlət vəsaitlərini şəffaf xərcləməyən, təşəbbüslərdən kənarda qalan bir instituta çevrilib. 

Üstəlik, səlahiyyətlərinin az olması, bələdiyyələrlə vəzifələrinin üst-üstə düşməsi və digər səbəblər icra hakimiyyəti modelinin Azərbaycan kimi ölkədə uğursuz olduğunu ortaya qoyur. Yeni nümayəndəlik institutunun yaradılması təkcə bürökratiyanın aradan qaldırılmasına və büdcə vəsaitlərinin şəfvaf idarəedilməsinə deyil, həm də vətəndaş cəmiyyətinin formalaşmasına çox böyük töhvə verə bilər.

Məsələ ilə bağlı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, Millət vəkili Fəzail Ağamalının fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Prezident İlham Əliyev hələ bir neçə il öncə hazırkı idarəetmə sisteminin özünü doğrultmadığını və bunun dəyişməsinin zəruri olduğunu dilə gətirmişdi:

“Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərdə son 2 ildə yeni idarəetmə sistemi tətbiq edilib. Həmin ərazilərə Respublika Prezidentinin xüsusi nümayəndəsi təyin olunub. Və qısa zamanda bu institut özünü doğrultdu. Bu institutun çevikliyi, operativliyi, bürokrariyadan uzaqlığı, fəaliyyətinin şəffaflığı və ən əsası onun hər kəs üçün əlçatan olması cəmiyyət tərəfindən təqdir olunmaqdadır. Bu da ona dəlalət edir ki, yeni icra strukturu artıq sınaqdan uğurla çıxıb və onun ölkə üzrə tətbiqinə başlamaq olar”.

Fəzail Ağamalı onu da əlavə etdi ki, Ölkə Başçısının yerli televiziyalara son müsahibəsində də bu institutun perspektivlərindən danışması təsadüf deyil:

“Bu onu göstərir ki, ölkədə yeni struktur islahatlarına başlanılıb. Nəzərə alaq ki, son günlər Naxçıvana da Prezidentin xüsusi numayəndəsi təyin edilib. Bu da o deməkdir ki, yaxın vaxtlarda ölkəmizin digər regionlarında da yeni institutun yaradılmasının şahidi olacağıq. Çünki, hazırkı icra hakimiyyəti institutu günün və Cənab Prezidentin çağırışlarına cavab vermir. Özləri haqqında daha çox mənfi assosasiya yaradır. Ona görə də inanıram ki, yeni idarəetmə institutunun ölkə üzrə tətbiq edilməsi vətəndaş cəmiyyətimizin daha demokratik və firavan gələcəyinə öz töhfəsini verəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin