Akif Təvəkküloğlu işdən çıxdı - Daha yüksək vəzifəyə təyin edildi

Hazırda oxunan: Akif Təvəkküloğlu işdən çıxdı - Daha yüksək vəzifəyə təyin edildi

114555

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə ələqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

Bizim.Media manşet.az-a istinadən xəbər verir ki, qurumun rəsmisi Əməkdar jurnalist, 2-ci dərəcə dövlət müşaviri Akif Təvəkküloğlu başqa bir yerdə daha yüksək vəzifəyə təyin olunduğuna görə işdən çıxıb.

Akif Təvəkküloğlu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri təyin edilib.

Bildirək ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovdur.
Qeyd edək ki, Əməkdar jurnalist Akif Təvəkküloğlu uzun illər AZTV-də işləyib. 2006-2020-ci illər isə Milli Məclisin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Daha sonra Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə ələqələr şöbəsinin müdiri təyin edilib. O fəaliyyəti dönəmində jurnalistlərə və mətbuata açıq olması ilə seçilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin