Azərbaycanda “COVID-19 vaksin randevu” saytından istifadə qaydası açıqlanıb.
Bizim.Media xəbər verir ki, vətəndaşların qeydiyyatdan keçmələrini asanlaşdırmaq üçün videotəlimat hazırlanıb.
MÖVZU İLƏ BAĞLI:
TƏBİB peyvəndləmə üçün onlayn növbə yaradıb? – RƏSMİ CAVAB
qeyd olunub ki, əvvəlcə randevu.its.gov.az saytına daxil olmaq və “COVID-19 vaksin randevu” xidmətini seçmək lazımdır.
Bundan sonra videotəlimatda göstərildiyi kimi qeydiyyatdan keçmək tələb edilir.
Vaksinasiyanın qeydiyyatı barədə mesaj şəxsin mobil telefonuna göndərilir. Əgər bunu dəyişmək istəsəniz, proseduru yenidən yerinə yetirməlisiniz.
Bizim.Media