Xəzərdə 8 balıqçı fəlakətlə üzləşib

Hazırda oxunan: Xəzərdə 8 balıqçı fəlakətlə üzləşib

114431
Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsi yaxınlığında Xəzər dənizində itkin düşən 8 balıqçının axtarışları aparılır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilib.

“4 yanvar saat 04:20 radələrində Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Dağıstan Respublikası üzrə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km aralı Xəzərdə iki qayıqda 8 nəfərin fəlakətlə üzləşdiyi barədə məlumat daxil olub”x9d, - nazirliyin məlumatında bildirilir.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter, iki gəmi, 31 şəxsi heyət cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin