Uşaq Evində böyüyən şəhidin anası tapılıb. Söhbət Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalan Əmrah Rajapovdan gedir.
Bizim.Media xəbər verir ki, bu barədə şəhid qardaşı, ekspert Elyar İslamoğlu “Facebook” hesabında məlumat verib. Onun sözlərinə görə iki gün əvvəl bir şəhid yaxını ona zəng edib və Əmrahın anasının sağ olduğunu bildirib:
“Bu gün danışdıq. Həyatını qısaca anlatdı. Əvvəlcə onu deyim ki, Uşaq evində böyüyən bir şəhidimiz var idi. Düz 5 ay morqda qaldı, yaxın qohumları, ailəsi tapılmadı ki, DNT testi ilə nəşi tanınsın, dəfn edilsin. Elə kimsəsiz kimi də dəfn edildi.
Əmrah 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıbmış. Atası və anası Əmrah kiçik olanda öldüyü deyilsə də, sən demə hər ikisi sağ imiş.
Anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə-Ardahanda yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndiribmiş. Goranboyda yaşayırmışlar. Bir müddət sonra ayrılırlar.
Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutaraq onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedir. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilir. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilir. Orada böyüyür.
Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Amma deyir ki, heç bir sənədərim yoxdur.
Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı tiktokdan öyrənib.
Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir. Türkiyədən çıxış qadağası olduğuna -"məhkəmə yasağı" na görə o zamandan indiyədək Azərbaycana gələ bilmir”, - deyə Elyar İslamoğlu qeyd edib.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Əmrah Rajapov 8 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi 5 aydan sonra DNT analizi ilə tapılıb. 23 fevral 2021-ci ildə Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid Əmrah Rajapov ölkə başçısının sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 12.01.2023
Uşaq evində böyüyən Vətən Müharibəsi şəhidinin Türkiyədə anası TAPILDI - FOTO
Hazırda oxunan: Uşaq evində böyüyən Vətən Müharibəsi şəhidinin Türkiyədə anası TAPILDI - FOTO
Hazırda oxunan: Uşaq evində böyüyən Vətən Müharibəsi şəhidinin Türkiyədə anası TAPILDI - FOTO
114385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.