Bu dəfə ayaqyolu qalmaqalı ilə gündəmə gələn məktəbin valideynləri AYAĞA QALXDI - ŞİKAYƏT

Hazırda oxunan: Bu dəfə ayaqyolu qalmaqalı ilə gündəmə gələn məktəbin valideynləri AYAĞA QALXDI - ŞİKAYƏT

114373

Ayaqyolu qalmaqalı ilə gündəmə gələn məktəbin bu dəfə valideynləri ayağa qalxıb. 

Bizim.Media-ya müraciət edən bir neçə valideyn qəzalı vəziyyətdə olan İmişli rayonu Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbin təmir işlərinin sürətlənməsini istəyirlər. 

Həmin məktəbdə 420 şagirdin təhsil aldığını bildirən valideynlər övladlarının qəzalı və baxımsız tədris ocağında təhsil almalarından narahatlıqlarını ifadə ediblər:

“İbtidai sinif müəlliməsi də haqlı olaraq etiraz edib. Tək bizim övladlarımız deyil, müəllimlərin də günü o tədris ocağında keçir. Qəzalı, döşəməsi, tavanı uçuq-sökük vəziyyətdə olan məktəbdə kim oturar? O binanın real mənzərəsi adamı hürküdür. Heçmi bunu düşünən yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Deputat ayaqyolu problemini gündəmə gətirən müəllimin müdafiəsinə QALXDI - “Töhməti geri götürülsün”  


Bir neçə il əvvəl də səsimizi qaldırmışdıq. Elə deyirlər, gözləyin. Axı uşaqlarımız əziyyət çəkir. Vallah biz də o cür məktəbə uşaqlarımızı göndərmək istəmirik. Yeni məktəb tikilsin, ya da ”, - deyə adının çəkilməsini istəməyən valideynlər qeyd ediblər.  

Qeyd edək ki, ayaqyolu məsələsi ictimailəşəndən sonra Mil-Muğan Regional Təhsil İdarəsi məktəbin qəzalı vəziyyətdə olması məsələsinə də toxunmuşdu.

Qurumdan bildirilmişdi ki, 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq. 
İndi valideynlər övladlarının təhlükəsiz, yeni, müasir və rahat şəraitli məktəbdə təhsil alacaqlarını səbirsizliklə gözləyirlər. O mübarək günün isə nə vaxt gələcəyi bəlli deyil...

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva tədris ocağında ayaqyolu olmaması ilə bağlı video çəkərək şagirdlərinə dərsə gəlməmələri üçün çağırış edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin