“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə, Baharxanım Talıbova Vasif qızı və Rifat Mahmudov Nazim oğlu Müşahidə Şurasında üzvlükdən çıxarılıb.
Müşahidə Şurasının sədri olan Əsədulla İsgəndərov Fikrət oğlu vəzifəsindən azad edilərək üzv təyin edilib.
Novruzov Binnət Yasin oğlu Müşahidə Şurasına sədr, Rüfət Məmmədov Əhədağa oğlu isə üzv təyin ediliblər.
Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82.43 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:46 / 12.01.2023
Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən kənarlaşdırıldı
Hazırda oxunan: Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən kənarlaşdırıldı
Hazırda oxunan: Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən kənarlaşdırıldı
114339
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.