Balakən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri - Mənsur Qaracayev, Mahir Akqubayev, Mehman Salihov və Aydın Cücüyevdən qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd “İJ” markalı ov tüfəngi, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanıb.
Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz döviyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehdi Qunduzov və Nicat Məmmədov saxlanılıb. Onların üzərinə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:05 / 12.01.2023
Polis Balakəndə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO
Hazırda oxunan: Polis Balakəndə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO
Hazırda oxunan: Polis Balakəndə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO
114313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.