Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

Hazırda oxunan: Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

114262

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2022-ci ildəki fəaliyyətinə dair əməliyyat müşavirəsi keçirilib. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən bildirilib. 

Məlumata görə, nazir müşavirədə Daxili Qoşunların ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikada, o cümlədən işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezidentin yüksək qiymətləndirdiyini qeyd edib. 
Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. 

V.Eyvazov Qoşunların qarşısında duran vəzifələri qeyd edib, tapşırıq və tövsiyələrini verib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin