Azərbaycana yeni partiya vaksinlərin gətirilməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Azərbaycana yeni partiya vaksinlərin gətirilməsi ilə bağlı AÇIQLAMA

114251

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (agentlik) ölkənin müvafiq qurumları tərəfindən müəyyənləşdirilən tələbata uyğun vaksin alışını həyata keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə Agentliyin məlumatında bildirilir. 

Bildirilir ki, 2021-ci il ərzində ölkəyə 16 937 790 doza vaksin (2 114 190 doza “Pfizer-Biontech”, 453 600 doza “AztraZeneca”, 14 150 000 doza “CoronaVac”, 220 000 doza “Sputnik V”) dərman vasitəsi gətirilib. 2022-ci ildə ölkəyə 1 200 000 doza “CoronaVac” gətirilib.
“Hazırda ölkədə tələbata əsasən vaksin ehtiyatı mövcuddur. Vaksin alışına tələbat yarandığı halda müvafiq təşkilatlarla müqavilə imzalanması istisna olunmur” – açıqlamada qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin