Qarlı-buzlu yollarda təhlükəsiz hərəkət çox önəmlidir. Az qala hamı-dövlət qurumları da, ayrı-ayrı şəxslər də bununla bağlı sürücülərə tövsiyələr verirlər. Amma ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir.
Bakıda daha qar yağmır, dayandı deyib də arxayın düşməyin. İki gün yağan qarın fəsadları hələ bir həftə davam edə bilər.
Nəqliyyat eksperti Ərşad Hüseynov da piyadaların qarlı hava şəraitində diqqət etməli olduqları bəzi məsələləri Bizim.Media-ya açıqlayıb. Onun sözlərinə görə, hərəkətdə olanlar öncəliklə səkilərdə ehtiyatlı olmalıdır.
“Birincisi, səkilər bəzən yolun hərəkət hissəsindən tez donur (avtomobillərin hərəkəti yolun donmasını bir az ləngidə bilər), ona görə də buzlu səkilərlə hərəkət etməyə hazır olmalısınız;
2. Xeyli küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından (mərmərdən, bəzəkli daşlardan və s.) istifadə edilib. Belə yerlərdə çox ehtiaytlı olun, çünki buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yaradır;
3. Piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər;
4. Altı sürüşməyən ayaqqabılardan istifadə etməyə çalışın;
5. Xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışın.
Əvvəlki illərin statistikası göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma (xüsusən qol-qıça sınıqları) alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur.
Sürücülərə isə məsləhət edirəm ki, yolda piyada görən kimi ehtiyat tədbiri görün, dayanmağa hazır olun, çünki qarda-buzda piyada da sürətlə yeriyə bilmir, hətta anidən yıxıla da bilər”.
Ekspert həmçinin yol təsərrüfatı və kommunal xidmət əməkdaşlarına xahişini bildirərək, yolları qar-buzdan təmizləyərkən bu halları nəzərə almalarını diqqətə çatdırıb:
“Səkiləri unutmasınlar, piyada keçidlərinə xüsusi diqqət yetirsinlər. Əvvəlki illərdə rast gəldiyimiz, qarın hərəkət hissəsindən səkiyə atılması kimi təcrübə çox yanlış və təhlükəlidir. Bunları nəzərə almağı rica edirəm”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 12.01.2023
“Hələ bir həftə səkilərdə daha ehtiyatlı olun” – Ekspertdən piyadalara XƏBƏRDARLIQ
Hazırda oxunan: “Hələ bir həftə səkilərdə daha ehtiyatlı olun” – Ekspertdən piyadalara XƏBƏRDARLIQ
Hazırda oxunan: “Hələ bir həftə səkilərdə daha ehtiyatlı olun” – Ekspertdən piyadalara XƏBƏRDARLIQ
114240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.