Vasif Talıbov Yeni ilin gəlişini belə qarşıladı - FOTOLAR

Hazırda oxunan: Vasif Talıbov Yeni ilin gəlişini belə qarşıladı - FOTOLAR

114235
Azərbaycanın hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da Yeni il və 31 Dekabr Dünya Azərbaycanlııarının Həmrəyliyi Günü münasibətilə kütləvi tədbirlər keçirilib. Dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərin qonaqları həmrəylik bayramını və Yeni ilin gəlişini qarşçıılamaq üçün gecə saatlarında bayram gəzintisinə çıxıblar.

Muxtar Respublika Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axşam saatlarında Heydər Əliyev prospektindəki mərkəzi meydanda konsert proqramı təşkil olunub.
Şəhər sakinləri yeni ”“ 2016-cı ilin gəlişini gözlədikləri dəqiqələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.
xa0Azərbaycan Prezidenti İlham Əliyevin xalqa televiziya vasitəsilə bayram təbriki mərkəzi meydanda və şəhərin digər yerlərində quraşdırılan monitorlar vasitəsilə yayımlanıb.
Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında bayram atəşfəşanlığı olub.


xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin