“Oğlum 126 gündür komadadır, hisslərimizlə oynamasınlar” - FOTO

Hazırda oxunan: “Oğlum 126 gündür komadadır, hisslərimizlə oynamasınlar” - FOTO

11420

Sosial şəbəkələrdə 4 aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlunun komadan ayılması ilə bağlı məlumatlar yayılıb. Onun ötən gün müalicə aldığı xəstəxanada gözlərini açdığı bildirilirdi.  

Bizim.Media xəbər verir ki, qazinin anası Aygün İsmayılzadə ilə əlaqə saxlanılıb. O, oğlunun hələ də komada olduğunu və vəziyyətinin ağır olaraq qaldığını bildirib. 

Ananın sözlərinə görə, həkimlər qazinin vəziyyətində yaxşılığa doğru dönüşün olmadığını bildirirlər: 

“Dünən Tacəddinin yanında olmuşam, vəziyyəti çox kritikdir. Həkimlər deyirlər ki, vəziyyətinin geridönüşü yoxdur".

"Düzdür, deyirlər beyinin fəaliyyəti dayanıb, amma o gün öpürəm, gözündən yaş gəlir. Deməli nəsə hiss edir, yaşamaq ümidi var".

"Amma həkimlər vəziyyətinin kritik olduğunu deyirlər. Artıq 126 gündür ki, komadadır. Həmişə başına kateter qoyurdular, indi onu da qəbul eləmir. Başında 5 qəlpə, 1 güllə var. Bu vəziyyətdə olan adamın ayılmasını yazıb hisslərimizlə oynayırlar...”

Qazinin anası bildirib ki, oğlunun xaricdə müalicəsinin mümkünlüyü ilə bağlı da onlara heç nə deyilməyib. Müdafiə Nazirliyindən bildirilib ki, nə lazımdırsa, burada xəstəxanada edilir.

24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub.

Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin