Abşeronun Məmmədli kəndində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 25 ədəd texnikası, eyni zamanda 132 canlı qüvvəsi cəlb olunub.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov deyib.
O bildirib ki, yanğın 90 dəqiqə ərzində tam lokallaşdırılıb:
"Yanğın çardaq hissəsində baş verib. Daha sonra kabellər vasitəsilə şaxtaya keçərək birinci mərtəbədə yerləşən ticarət obyektinə keçib. Yanan çardaq hissə təxminən, 600 kvadratmetrdir.
Hazırda birinci mərtəbədə yerləşən ticarət obyektindəki yanğının söndürülməsi prosesi davam edir. Əhali tam təxliyə olunub. Vətəndaşlar arasında xəsarət alan yoxdur. Yanğının baş vermə səbəbləri araşdırılır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:16 / 11.01.2023
Abşerondakı yanğının səbəbləri araşdırılır - RƏSMİ
Hazırda oxunan: Abşerondakı yanğının səbəbləri araşdırılır - RƏSMİ
Hazırda oxunan: Abşerondakı yanğının səbəbləri araşdırılır - RƏSMİ
114189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.