“Şuşada cəmi iki bankomat var. Biri Kapital Bankın, digəri isə Azərbaycan Beynəlxalq Bankınındır. Burada xidmət edən əksər şəxslərin maaş kartı da Kapital Banka məxsusdur. Fəqət, Kapitalın bankomatı işləmir. İnsanlar məcbur Kapital Bankın kartı ilə ABB-dən pul çıxarır və ABB də 10 manata 3.50 AZN komissiya haqqı tutur. Şuşada hazırda olanlar üçün bu vəziyyət dözülməzdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Şuşada vəziyyətin şahidi olan bir neçə sosial şəbəkə istifadəçisi öz səhifələrində yazıb.
Məlumatı dəqiqləşdirmək üçün Kapital Bankın mətbuat xidmətinə sorğu yolladıq. Bankın mətbuat xidmətindən isə redaksiyamıza bildirildi ki, bankomatda texniki problem olsa da, dünəndən həllini tapıb:
“Bu texniki problem təxminən, bir neçə gün öncə olub. Dünən günorta saatlarından problem aradan qaldırılıb və hazırda bankomat işləyir”.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 11.01.2023
Şuşada bankomatda yaşanan problemlə bağlı Kapital Bankdan AÇIQLAMA
Hazırda oxunan: Şuşada bankomatda yaşanan problemlə bağlı Kapital Bankdan AÇIQLAMA
Hazırda oxunan: Şuşada bankomatda yaşanan problemlə bağlı Kapital Bankdan AÇIQLAMA
114187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.