Naxçıvanın sabiq daxili işlər naziri ilə bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Naxçıvanın sabiq daxili işlər naziri ilə bağlı YENİ XƏBƏR 

114165

Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovla bağlı məhkəmə prosesi təxirə salınıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun icraatına verilmiş iş üzrə iclas yanvarın 18-də keçiriləcək.

İclasda Əhməd Əhmədovla bağlı kassasiya şikayətinin müddətinin uzadılması ilə bağlı müraciətə baxılmalı idi.

Şikayət ərizəsində sabiq nazir barəsində həbslə bağlı olmayan qərar qəbul olunması istənilib.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin