Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin hərbi geyimləri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
Bizim.Media-nın məlumatına görə, şəhidin Dövlət Sərhəd Xidmətinə aid olan
hərbi mərasim geyimi muzeydə yeni yaradılan Vətən müharibəsi fondunda saxlanılacaq.
Hərbi geyimin çiyinlərində gizir poqonları, sol qolunda Dövlət Sərhəd Xidmətinin şevronu əks olunub.
Qeyd edək ki, Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyunun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.
2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:12 / 10.02.2021
Şəhid Xudayar Yusifzadənin geyimləri muzeydə qorunacaq - FOTO
Hazırda oxunan: Şəhid Xudayar Yusifzadənin geyimləri muzeydə qorunacaq - FOTO
Hazırda oxunan: Şəhid Xudayar Yusifzadənin geyimləri muzeydə qorunacaq - FOTO
11413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.