Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdam Musiqi Kollecində YOXLAMAYA BAŞLADI – ÖZƏL 

Hazırda oxunan: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdam Musiqi Kollecində YOXLAMAYA BAŞLADI – ÖZƏL 

113993

Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Musiqi Kollecində yoxlama başlayıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hazırda Ağdam Dövlət Musiqi Kollecinin qapılarını bağlayıb.

Məsul şəxslər yerində saxlanılaraq fəaliyyətləri ilə bağlı müvafiq araşdırmalara start verilib. 

Məlumatlı mənbənin ötürdüyü xəbərlərə görə, kollecin işində xeyli neqativ məsələlər var. Bununla bağlı dəfələrlə yuxarı instansiyalara müraciətlər olub, şikayət ərizələri yazılıb. Eyni zamanda, Baş Prokurorluğa da müraciətlər daxil olub. 

Baş Prokurorluq Bizim.Media-ya məsələni təsdiqləyib:

"Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdamın Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Musiqi Kollecində əməliyyat tədbiri keçirib. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək."

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin