Ölkə ərazisində davam edən qarlı-şaxtalı hava şəraiti Şəki-Zaqatala bölgəsindən də yan keçməyib.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, bölgənin aran ərazilərində yağan mülayim qar 3-5 sm təşkil etdiyi halda , dağlıq ərazilərdə isə 12-15 sm arasında dəyişir.
Ötən iki gündə bölgə rayonlarında tempertur 3- 5 dərəcə arasında dəyişirdisə, bu gecə ilk dəfə mənfi 10 dərəcə təşkil edib. Bu da son illərin ən aşağı temperaturu kimi qeydə alınıb.
Bizim.Media-nın əməkdaşına rayon fövqəladə hallar komissiyasından verilən məlumata əsasən bölgənin Baş Küngüt, Xaçmaz, Filfilli, Şin, Baş Göynük, İlisu kəndlərində qar yağsa da nəqliyatın hərəkətində, eləcə də elektrik enerjisinin, mavi yanacağın verilməsində problem yaşanmayıb.
Şəki regional hava məlumat bürosundan isə bildirilib ki, qarşıdakı günlərdə də qarlı-şaxtalı havalar davam edəcək , temperaturun dağlıq ərazilərdə mənfi 12-15 dərəcəyə kimi düşmə ehtimalı var.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:44 / 10.01.2023
Şimal-Qərb bölgəsində temperatur mənfi 10 dərəcəyə düşüb – FOTO
Hazırda oxunan: Şimal-Qərb bölgəsində temperatur mənfi 10 dərəcəyə düşüb – FOTO
Hazırda oxunan: Şimal-Qərb bölgəsində temperatur mənfi 10 dərəcəyə düşüb – FOTO
113942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.