Nərimanovda tikinti materialları satılan mağaza YANDI 

Hazırda oxunan: Nərimanovda tikinti materialları satılan mağaza YANDI 

113905

Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospektində yerləşən tikinti materiallarının satışı mağazasında yanğın baş verib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər. 

Onun sözlərinə görə, hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırma aparılır:

“Obyektin qaz təsərrüfatı və yaxınlığından keçən kommunikasiya xətlərində təsbit işləri görülür. 

Həmçinin Departament rəisi qeyd edib ki, "Azəriqaz"ın əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin