Güzdək qəsəbəsində “Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar”x9d layihəsinin icrasına başlanılıb

Hazırda oxunan: Güzdək qəsəbəsində “Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar”x9d layihəsinin icrasına başlanılıb

113877
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Güzdək qəsəbəsi “Rəsulullah”x9d məscidi dini icmasının həyata keçirdiyi “Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar”x9d layihəsi çərçivəsində dekabrın 29-da Güzdək qəsəbəsi “Rəsulullah”x9d məscidində “İslam dininə aid mötəbər mənbələrdə zərərli vərdişlərə baxış”x9d mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə, dini icmanın sədr müavini Mirkazım Kazımlı, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları, dindarlar, dini icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər.

Layihə çərçivəsində keçirilən ilk tədbir müqəddəs “Qurani-Kərim”x9ddən surələrin oxunması ilə başlayıb.

Çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elnur Kəlbizadə Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda, Sumqayıt-Abşeron bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Layihə barədə məlumat verən şöbə əməkdaşı bildirib ki, Dövlət Komitəsi tərəfindən layihənin icrasının həyata keçirilməsi, maarifləndirmə işlərinin aparılması məqsədi ilə vəsait ayrılmış və layihənin icrasında başlanılmışdır.
Abşeron rayonu Güzdək qəsəbəsi “Rəsulullah”x9d məscidi dini icmasının sədr müavini Mirkazım Kazımlı ölkə başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Qeyd edib ki, dini icmaların fəaliyyətinə göstərilən bu cür dəstək onların məsuliyyətini daha da artırır.

Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fəxrəddin Orucov qeyd edib ki, bu cür layihələrin reallaşdırılmasına göstərilən dəstək dini icmanın fəaliyyətinin daha da gücləndirməsi üçün həm də yaxşı bir stimuldur.  O, belə layihələrin reallaşdırılmasının, xüsusi ilə erkən nikahlara qarşı aktiv təbliğatın aparılmasının çox vacib olduğunu ifadə edib.

Tədbirdə “İslam dininə aid mötəbər mənbələrdə zərərli vərdişlərə baxış”x9d  mövzusunda edilən məruzədə İslam dininin xalqımızın mənəvi dəyərlər sistemində yerindən, bu dinin zərərli vərdişlərə - narkomaniyaya, alkoqolizmə, cəhalətə qarşı mövqeyindən bəhs edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin