Azərbaycanda yağan qar özü ilə bəzi problemlər gətirdiyi kimi, onun bir sıra sahələrə müəyyən xeyri də var. Bu xeyir özünü xüsusən də kənd təsərrüfatı sahəsində göstərir.
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli qarın kənd təsərrüfatında oynadığı rola aydınlıq gətirdi:
“Payız əkinləri artıq əkilib. Ona görə də arpa, buğda və payızlıq digər bitkilər artıq torpaq altına vurulub.
Bu səbəbdən yağan qarın əkin altında olan təsərrüfatlara xeyri var.
O baxımdan ki, qarın torpaq altında qalan bitkilərə suvarma baxımından və zərərvericilərə qarşı mübarizə tədbiri kimi müəyyən xeyri var. Digər tərəfdən, dağlıq ərazilərdə qar bol olanda qar kütləsi də çox olur. Belədə yaz aylarında buzlaqlardan gələn suyun davamlılığı daha çox olur.
Bu mənada da yağan qarın kənd təsərrüfatına mühüm xeyri vardır. Örüş sahələrinə də yağan qar müsbət təsir edir. Çünki belə olan halda havaların istiləşməsilə örüş sahələrində mal-qaranın istifadə etdiyi otların inkişafı sürətlənir.
Yağan qar yalnız örüşə gedən ev heyvanları üçün müəyyən problemlər yaradır. Fermerlər bu halda örüşə gedən heyvanlarını bağlı saxlamaq məcburiyyətində qalır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:05 / 09.01.2023
İndi yağan qarın xeyri varmı? – AÇIQLAMA
Hazırda oxunan: İndi yağan qarın xeyri varmı? – AÇIQLAMA
Hazırda oxunan: İndi yağan qarın xeyri varmı? – AÇIQLAMA
113842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.