Dollar niyə az satılır? - VİDEO

Hazırda oxunan: Dollar niyə az satılır? - VİDEO

113832
Valyutadəyişmə məntəqələri təlabatı qarşılya bilmir.

Valyutadəyişmə məntəqələrinin normal fəaliyyət göstərməməsinə Banklar Assosiasiyası tərəfindən aydınlıq gətirilib.

Moderator.az xəbər verir ki, Assosiasiyanın sədri Zakir Nuriyev “Xəzər Xəbər”x9də açıqlamasında bildirib ki, banklarda kifayət qədər valyuta ehtiyatı var, sadəcə olaraq xarici valyutaya axın sürətli olduğundan texniki cəhətdən onun vətəndaşlara çatdırılmasında çətinlik yaranib. xa0

Dollara təlabat böyük olduğundan bəzən valyutadəyişmə məntəqələri bu təlabatı qarşılya bilmir. Belə məntəqələrin tez-tez bağlanması isə insanlarda çaşğınlıq yaradır.

Banklar Assosiasiyası yaranmış vəziyyəti xa0texniki səbəblərlə əlaqələndirr.

Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirir ki, belə kiçik məntəqlərə böyük həcmdə pulların qoyulması təhlükəsizlik baxımından düzgün xa0deyil.

Eyni zamanda manatların çeşidlənərək Mərkəzi Banka qaytarılması da müəyyən vaxt alır. Bu proses Avropa ölkələrində də eyni cür həyata keçirilir.

Bu haldan istifadə edərək qara bazar formalaşdıran işbazların fəaliyyəti isə yaxın zamanda sona çatacaq. Bunun üçün xa0banklar tərfindən iş aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin