“Hakimiyyət yəhudi lobbisinin qəzəbinə tuş gəlib”x9d -Mirzə Xəzərdən sensassion iddia

Hazırda oxunan: “Hakimiyyət yəhudi lobbisinin qəzəbinə tuş gəlib”x9d -Mirzə Xəzərdən sensassion iddia

113795
“Azərbaycan hakimiyyətinin çalışdığı qədər ABŞ-ın yəhudi lobbisini “ələ almaq”x9d mümkün olmadı”x9d.

Cebhe.info xəbər verir ki, bu iddia ilə siyasi analitik Mirzə Xəzər çıxış edib. M.Xəzər qeyd edib ki, hakimiyyət Vaşinqtonda tamamilə iflasa uğradı: “ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bildirdi ki, senator Benjamin Kardin yeni ildə Azərbaycan ilə bağlı öz qanun layihəsini Konqresin müzakirəsinə təqdim etməyə hazırlaşır. Kozlariç həmçinin dedi ki, bu sənədin əhatə dairəsi hətta Smitin layihəsindən də genişdir və siyasi məhbusların, korrupsiyanın olduğu ölkələrdə konkret şəxslərə qarşı maliyyə sanksiyalarını nəzərdə tutur. Keçmiş səfir “Mən çox təəcüblənirəm ki, Bakıda Kardinin layihəsinə yox, Smitin qanun layihəsinə bu qədər çox diqqət ayırırlar”x9d, deyə qeyd etdi”x9d. 

Mirzə Xəzər Kozlariçin haqlı olduğunu bildirib. Analitikin sözlərinə görə, Bakıda Smitin layihəsi ətrafında hay-küy böyük olduğu halda, Ben Kardenin layihəsinin adını heç kim çəkmir:

“Səbəbi çox sadədir. Senator Karden yəhudidir. Rəsmi Bakı indiyədək ictimaiyyəti inandırmağa çalışırdı ki, Amerika yəhudi lobbisi bizim tərəfdədir. Ben Kardenin sanksiya təklifi üzərindən sükutla keçməklə hakimiyyəti özünün Amerika yəhudi lobbisi ilə problemini üzə çıxarmamağa cəhd edir. Amma gizlətmək mümkün deyil. Ben Karden Amerika Yəhudi Lobbisinin ən güclü liderlərindən biridir. Bencamin Karden Baltimorda yəhudi ailəsində anadan olub. Kardenin babası və nənəsi Rusiyadan Amerikaya mühacirət etmiş yəhudilərdir. Ailənin əsl soyadı Kardonskidir və sonradan Kardenlə əvəz edilib. Ben Karden Konqresin ən nüfuzlu veteranlarından biridir və sözünün çəkisi var. Azərbaycana qarşı yeni sanksiyaları məhz Kardenin təklif etməsi rəsmi Bakı üçün artıq siqnal olmalıdır. Kozlariç aydın şəkildə bildirib ki, hakimiyyət siyasi məhbusları buraxmalı idi, ancaq onlar bunu etmədilər. Bununla da Azərbaycan hökuməti Vaşinqtonla əməkdaşlıqdan imtina etdiyini açıq göstərdi. Vaşinqtonun buna cavab verməməsi qeyri-mümkündür”x9d. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin