Vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verildi

Hazırda oxunan: Vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verildi

113775
Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan iş adamını axtarışa verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 

Məlumatda qeyd olunur ki, 37 yaşlı Rüfət Vəliyev külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir.

O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, R. Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. 

Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin