Respublikada ümümi olaraq məhdudlaşdırılan yol yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, gecədən bəri bəzi rayonlarda qarın çox yağması ilə əlaqədar yol patrul xidmətinin bütün əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib:
“Təhlükəli yollarda avtomobillərin tək-tək hərəkətinə icazə verilməyib. Onlar kalon şəklində hərəkət ediblər. Yol Polisi tərəfindən patrul təyin edilib və hərəkət edən kalonu müşahidə edib. Şamaxı-İsmayıllı yolunda isə yük avtomobillərinin və sərnişin daşıyan avtobus, mikroavtobusların hərəkətinə icazə verilməyib. Onlara alternativ yol verilib. Patrulun müşahidəsi ilə hərəkət ediblər. Bundan başqa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Yol Polisi əməkdaşları tərəfindən texnikalarla yollar qarlardan təmizlənir”.
Qurum bir daha sürücülərə müraciət edərək bildirib ki, öncə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirsinlər:
“Xahiş edirik ki, yola çıxan sürücülər təkərləri qış mövsümə uyğun eləsinlər. Çünki mövsümü təkərlərin olması avtomobillərin sürüşməsinə, yollarda qəzaların və yaxud tıxacların baş verməsinə gətirib çıxarır. Sürücülərdən bir daha xahiş edirik ki, yollarda təhlükəsizliyin təmin olunması üçün müraciətlərə diqqət yetirsinlər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 09.01.2023
Respublikanın avtomobil yollarında SON VƏZİYYƏT
Hazırda oxunan: Respublikanın avtomobil yollarında SON VƏZİYYƏT
Hazırda oxunan: Respublikanın avtomobil yollarında SON VƏZİYYƏT
113734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.