Elçin Səfərov: “Könüllülük bir toxumdur..”x9d

Hazırda oxunan: Elçin Səfərov: “Könüllülük bir toxumdur..”x9d

113719
“Bakı-2015”x9d Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) korporativ direktoru, Atletlər kəndinin meri Elçin Səfərov Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüşüb. BSU-nun Tələbə Xeyriyyə Fondunun (TXF) təşkilatçılığı ilə keçirilən görüşdə Elçin Səfərov Azərbaycanda 2016-cı ildə keçiriləcək “Formula 1”x9d yarışı və 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları barədə gəncləri məlumatlandırıb, könüllülük və könüllülərin fəaliyyəti, gələcək oyunlarda nəzərdə tutulmuş mühim işlərdən danışıb.

Korperativ direktor “Bakı-2015”x9d Avropa Oyunlarına hazırlıq ərəfəsində yüksək səviyyədə inşa edilən infrastrukturlar barədə də fikir bildirib. Onun sözlərinə görə , Olimpiya Oyunları zamanı inşa edilmiş idman obyektləri bizə gələcəkdə daha böyük tədbirlər keçirtməyə imkan yaradır. Elçin Səfərov bildirib ki, Atletlər kəndi Olimpiya Oyunlarındakı kəndlərdən daha yaxşı standartları və yeniliklərinə görə fərqlənir.

Elçin Səfərov deyib: “I Avropa Oyunlarının məşəlinin rayonlarda alovlandırılması bütün dünyaya Azərbaycanın paytaxtı ilə bərabər, bölgələrinin də inkişaf etdiyini göstərdi. Məşəlin Qarabağ bölgəsini gəzməsi də böyük siyasət və uğurdur”x9d. “Formula 1”x9d yarışı və İslam Oyunlarının da yüksək səviyyədə keçəcəyindən əmin olduğunu deyən E. Səfərov bildirib ki, Azərbaycan buna artıq hazırdır.

Elçin Səfərov “Bakı-2015”x9d Avropa Oyunları zamanı könüllü olaraq fəaliyyət göstərən BSU tələbələrinin və Tələbə Xeyriyyə Fonduna üzv olan gənclərin çoxsaylı suallarını cavablandırıb. "Könüllülük bir toxumdur və biz bunu Azərbaycanda cücərtdik" deyən Elçin Səfərov Azərbaycanı irəlidə gözləyən böyük layihələrdə daim könüllü gənclərə dəstək olacağını vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin