“Sədərək”də əsasən məişət texnikası yanıb - FHN

Hazırda oxunan: “Sədərək”də əsasən məişət texnikası yanıb - FHN

113694

“Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 30 ədəd texnika və 130 nəfər şəxsi heyət cəlb edilib.

Bizim.Media xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov bildirib.

“Saat 18:24 məlumat daxil olub. Hadisə yerinə həm Qaradağ rayonu, həm də Bakı qarnizonunun 30 ədəd texnikası və 130 şəxsi heyət cəlb edilib. Yanğın üç saat ərzində lokallaşdırılıb. Məlumat daxil olan andan 4 dəqiqə ərzində əraziyə yanğınsöndürənlər cəlb edilib. Lakin, yanğının ikinci mürəkkəblik dərəcəsinə görə əraziyə əlavə əməkdaşlarımız cəlb edilib. Hal-hazırda yanğın lokallaşdırılıb.

Yanğın 16 və 17-ci sırada başlayıb. Əsasən yanan elektrik cihazları və məişət əşyalarıdır. Hazırda yanğının səbəbləri araşdırılması üçün istintaq araşdırması aparılır. Tüstülənmə müşahidə edildiyindən yanğının əhatə dairəsini hesablamaq mümkün olmayıb. Hazırda yanğının əhatə dairəsi hesablanır” – deyə Novruzov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin