Balakəndə məktəbyaşlı uşaqların sağlam qidalanması ilə bağlı tədbir - FOTO

Hazırda oxunan: Balakəndə məktəbyaşlı uşaqların sağlam qidalanması ilə bağlı tədbir - FOTO

113644

Balakən rayon icra hakimiyyəti və Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə “Məktəbyaşlı uşaqların sağlam qidalanması” mövzusunda diskussiya keçirilib. 

Bizim.Media xəbər verir ki, Balakən şəhər Nizami Gəncəvi adına şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən maarifləndirici tədbirdə müəllimlər və valideynlər iştirak edib.

Rayon mərkəzi xəstəxanasının həkim-pediatrı Laləzar Kazımova iştirakçılara balanslaşdırılmış qidalanmanın şərtləri, yeniyetmələrin sağlam qidalanmasının əhəmiyyəti haqqında məlumat verib. 
Valideynlər tərəfindən uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanmasının vacibliyi diqqətə çatdırılıb. 

O bildirib ki, uşaqların sağlam bədənləri, zehni inkişafı və təhsildə uğuru üçün düzgün qidalanma zəruridir.

Tədbirin sonunda  iştirakçıların sualları cavablandırılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin