Yanvar qarının xeyri nədədir? - Qubalı fermer danışır - FOTO

Hazırda oxunan: Yanvar qarının xeyri nədədir? - Qubalı fermer danışır - FOTO

113642

"Bu aylarda qarın yağması təkcə insan sağlamlığı üçün deyil, təbiətin flora və faunası, əkilmiş taxıl üçün də çox xeyirlidir. İlin ilk qarına çox sevindik. Çünki bitki örtüyünü, taxıl sahələrini gəmiricilər basıb, məhv edir. Gəmiricilərlə mübarizə çox çətin şəraitdə aparılır. Nə qədər kimyəvi preparatlardan istifadə edilsə də xeyri yoxdur. İndi bu qar gəmiricilərlə mübarizədə bizə ən yaxşı təbii dərmandır".

Bu sözləri Qubanın Şabran ərazisində yerləşən Yalavanc kəndində maldarlıq və taxılçılıqla məşğul olan fermer İldırım Məmmədov Bizim.Media-ya açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Şabran ərazisinə qar hələ çox az yağıb:

“Daha çox yağsa, bir o qədər də gələcək məhsuldarlıq üçün yaxşıdır”.

Əvvəlki illərdə qarın çox yağmadığını söyləyən qubalı fermer indi yağıntının mal-qaranın özü üçün də xeyirli olduğunu deyir. O, qeyd edib ki, indi heyvanları qısa müddətli  havaya çıxarmaq mal-qaranın ayaqlarındakı və ümumən bədənindəki  mikrobları da  məhv edir.
Bu səbəbdən İldırım Məmmədov əraziyə daha çox qar yağmasını arzu edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin