Ovladıqları cüyürü satmaq istəyən İsmayıllı sakinləri TUTULDU - FOTO

Hazırda oxunan: Ovladıqları cüyürü satmaq istəyən İsmayıllı sakinləri TUTULDU - FOTO

113630

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, İsmayıllı rayon sakini Rəşad Şahbazzadənin idarə etdiyi “Opel” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən ovlanmış bir baş cüyür aşkarlanıb.

Araşdırma zamanı Rəşad Şahbazzadənin avtomobildə olan digər iki sərnişini, İsmayıllı rayon sakinləri - Fariz Bəkirov və Cavanşir Xələfovla birlikdə həmin cüyürü satmaq məqsədilə İsmayıllıdan Qəbələyə gəldikləri müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin