Cəlilabadda qadının döyülməsi ilə bağlı araşdırma başladı - YENİLƏNİB

Hazırda oxunan: Cəlilabadda qadının döyülməsi ilə bağlı araşdırma başladı - YENİLƏNİB

113579

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü A. Abasova həyat yoldaşı tərəfindən döyülüb. 

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Bizim.Media-ya bildirib ki, döyülmə iddiaları ilə bağlı Göytəpə Polis Bölməsində təhqiqat araşdırmaları başlayıb. Müvafiq ekspertiza təyin edilib. 

Qadının vətəndaş nikahında olduğu şəxs ruhi-əsəb dispanser qeydiyyatındadır. Vətəndaşın müraciəti DİN-in nəzarətinə götürülüb.

Araşdırmlar davam etdirilir.

*** 21:34

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü A. Abasova həyat yoldaşı tərəfindən döyülüb. Qadın müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin