Xankəndinin işğalının ildönümü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilib

Hazırda oxunan: Xankəndinin işğalının ildönümü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilib

113550
Bu gün Xankəndi şəhərinin işğalı ildönümü münasibətilə  Şəhidlər Xiyabanı ziyarət edilərək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan igid vətən oğul və qızları bir daha yad edildi.
 
Anım mərasimində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov,  122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımova, millət vəkili Elman Məmmədov, QHT rəhbərləri, Xankəndi ziyalıları, məktəblilər, Kərkicahan qəsəbəsinin sakinləri, şəhid ailələri iştirak edib.
 
1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb
 
Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 24 il ötür. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
 
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.
 
Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.
 
Allah bütün şəhidlərə rəhmət eləsin!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin