Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, rəqib Niderlandı təmsil edən Aniş Giridir. Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər.
MÖVZU İLƏ BAĞLI:
Teymur Rəcəbovdan uğurlu start - 100 min ABŞ dolları qazana bilər
Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub.
Fevralın 10-da Azərbaycan və Niderland təmsilçiləri yenidən üz-üzə gələcəklər. Növbəti 4 görüşdə də qalib müəyyənləşməsə, tay-breyk olacaq.
Qeyd edək ki, Aniş Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.
"Opera Euro Rapid"
1/4 final
9 fevral
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2
Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 2,5:0:5
Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2,5:1,5
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 1,5:2,5
Bizim.Media