“Sağlam gələcək sağlam gəncliklə qurulur”x9d

Hazırda oxunan: “Sağlam gələcək sağlam gəncliklə qurulur”x9d

113510
“Sağlam gələcək sağlam gəncliklə qurulur”x9d fərdi layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Günay İbrahimovadır.

Layihənin məqsədi seçilmiş məktəblərdəki yuxarı sinif şagirdləri, həmçinin, o ərazidə yaşayan və məktəbi bitirmiş yeniyetmə və gənclər üçün zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizə ilə bağlı təlimlərin keçirilməsi, “Sağlam gələcək sağlam gəncliklə qurulur”x9d devizi altında məlumatlandırma aksiyası vasitəsi ilə hədəf qrupu arasında zərərli vərdişlərin qarşısının alınmasına nail olmaqdır.

Sözügedən layihə 3 ay müddətində müxtəlif təhsil müəssisələrindəki şagirdlər arasında həyata keçiriləcək. Düzgün qidalanma ilə bağlı təlim qruplarının formalaşdırılması üçün müxtəlif təhsil müəssisələrində seçim prosesi aparılacaq.  Seçim prosesində təhsil müəssisələrinin müvafiq pedoqoji heyəti, eləcə də maraqlı tərəflər cəlb ediləcək, yeniyetmə və gənclər arasında görüşlər və ilkin müsahibələr olacaq. Həmçinin sosial şəbəkələrdə elanlarla seçimə dəvətlər həyata keçiriləcək. Sonra düzgün qidalanma ilə əlaqədar tədbirlər üçün seçilmiş qruplarla təlimlərin keçirilməsi nəzərdə tutulub. 

Seçimlərdən keçmiş yeniyetmə və gənclər arasında 2 təlim qrupu (hər biri 20 nəfərdən az olmamaq şərti ilə) formalaşacaq. Onlar arasında interraktiv metodlardan istifadə edilməklə “Düzgün qidalanma haqqında məlumat”x9d, “Düzgün qidalanmanın əsas üstünlükləri”x9d, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”x9d, “Sağlam qidanın vacibliyi”x9d, “Düzgün qidalanma “piramidası”x9d barədə”x9d, “Fast-fudların ziyanı”x9d, “GMO nədir və onların insan orqanizminə təsiri”x9d mövzularında təlimlər keçiriləcək.

Daha sonra təlimlərdə bilik əldə etmiş yeniyetmə və gənclər yaşadıqları ərazilərdə “Sağlam gələcək sağlam gəncliklə qurulur”x9d aksiyasının keçirilməsi və həmin təbdirdə layihəyə cəlb edilmiş yeniyetmə və gənclərdən ibarət qrupun hazırladığı bukletlərin icitmaiyyət, xüsusi ilə yeniyetmə və gənclər arasında paylanması nəzərdə tutulub. 

Layihə gələn ilin fevral ayında başa çatacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin