400 minə yaxın “zırpaketi”x9d Azərbaycana keçirə bilmədilər ”“ FOTO

Hazırda oxunan: 400 minə yaxın “zırpaketi”x9d Azərbaycana keçirə bilmədilər ”“ FOTO

113492
Qaçaqmalçılıq cəhdi iflasa uğradı.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı qətiyyətlə alınır.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən verilən məlumata görə, son  günlər ərzində Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat  tədbirləri və gömrük yoxlamaları zamanı  onlarla belə fakt aşkar edilib. Bütün faktlar üzrə qaçaqmalçılıq predmeti olan mallar xüsusi olaraq qablaşdırılıb, avtomobillərin gizli bölmələrində və saxlanc yerlərində gizlədilərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməyə cəhd göstərilib.

13 200 ədəd pirotexniki vasitə Mehtiyev Samir Vaqif oğlunun idarə etdiyi “Opel Astra”x9d markalı 99BE228 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində olan meyvə kisələrinin içərisindən və mühərrikxanasından , 7000 ədəd pirotexniki vasitə Hüseynov Azər Asif oğlunun idarə etdiyi “Mercedes Benz E220CDİ”x9d markalı 99DR806 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində olan kartof kisələrinin altından və ön oturacağın söykənəcəyindən, 12 800 ədəd pirotexniki vasitə Əhmədov Natiq Əhməd oğlunun idarə etdiyi “BMW 520”x9d markalı 10UR511 dövlət nömrə nişanlı minik avtomobilinin  sağ və sol qanadlarının içərisindən , 57 600 ədəd pirotexniki vasitə Ələkbərov Əbülfəz Natiq oğlunun  idarə etdiyi “VAZ 21703”x9d markalı 20DK560 dövlət nömrə nişanlı minik avtomobilinin  hər dörd qapısının və arxa bamperinin  içərisindən aşkar edilərək götürülüb.

Ümumilikdə Tovuz Gömrük İdarəsinin əməkdaşları 26 fakt üzrə 25 avtomobildən və 1 vətəndaşın üzərindən 375 403 ədəd pirotexniki vasitə və tezalışan mallar aşkar edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin