Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara müraciət edib.
Bu barədə Dövlət Agentliyindən Bizim.Media-ya məlumat verilib.
Müraciətdə qeyd olunub ki, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə xidmətlər göstərilir.
Müvafiq xidmətlər barədə daha ətraflı:
• Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması və oğurlanması halı ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adının dəyişdirilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısının (çipinin) korlanması ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin qan qrupu, göz rəngi və boy ilə bağlı məlmatlarda dəyişiklik edilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi.
Qurum vətəndaşlardan əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaları, mərkəzlərdə növbə gözləmədən xidmətlərdən yararlanmaları məqsədilə “ASAN növbə” mobil tətbiqindən istifadə etmələrini xahiş edib.
Eyni zamanda mərkəzlərə birbaşa müraciət zamanı Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə üstünlük vermələri tövsiyə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:32 / 07.01.2023
“ASAN xidmət” Naxçıvan sakinlərinə MÜRACİƏT ETDİ
Hazırda oxunan: “ASAN xidmət” Naxçıvan sakinlərinə MÜRACİƏT ETDİ
Hazırda oxunan: “ASAN xidmət” Naxçıvan sakinlərinə MÜRACİƏT ETDİ
113479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.